“Fenerbahçe” yeni müqavilə imzaladı
Bakı, 19 iyul , Tsport.az
Fenerbahçe Beko kişi basketbol komandası kapitanı Melih Mahmutoğlu ilə əməkdaşlığı daha bir mövsümə uzatdı.
Tsport.az xəbər verir ki, 2013–2014 mövsümündən etibarən sarı-lacivərdli formanı geyinən Mahmutoğlu ilə bir illik yeni müqavilə imzalanıb.
Təcrübəli basketbolçu uzun illər ərzində komandanın əsas liderlərindən biri kimi tanınıb. Fenerbahçe Beko forması ilə:
- 2 dəfə EuroLeague çempionu
- 7 dəfə Türkiyə Basketbol Super Liqası qalibi
- 5 dəfə Türkiyə Kuboku,
- 3 dəfə Prezident Kuboku titullarını qazanıb
Klub rəhbərliyi onu “Fenerbahçe basketbolunun simvolu” adlandıraraq, yeni mövsümdə də çubuklu formada parlaq çıxışlar gözlədiklərini bildirib.