“Fenerbahçe”də ayrılıq
Bakı, 28 iyun , Tsport.az
“Sarı-lacivertli” klubda növbəti ayrılıq rəsmiləşib. “Fenerbahçe Beko“, 2025-ci ilin yanvar ayında komandaya qatılan amerikalı basketbolçu Errick McCollum ilə müqaviləyə son verdiyini açıqlayıb.
Tsport.az xəbər verir ki, rəsmi bəyanatda McCollumun qısa zaman ərzində verdiyi önəmli töhfələrə görə təşəkkür bildirilib və gələcək karyerasında ona uğurlar arzulanıb.