Dünya Futbolu

“Fenerbahçe”dən “Fiorentina”ya

Bakı, 16 iyun , Tsport.az 

Bosniya və Herseqovinanın hücumçusu Edin Dzeko karyerasını İtaliyada davam etdirəcək. 39 yaşlı futbolçu azad agent kimi “Fiorentina” ilə 1 illik müqavilə imzalayıb. Müqaviləyə uzatma variantı da daxil edilib.

Tsport.az xəbər verir ki, bu mövsüm Dzeko bütün yarışlarda 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə verib. O, daha əvvəl “İnter”, “Roma” və “Manchester City” kimi klubların formasını geyinib.