“Fenerbahçe”dən yeni transfer
Bakı, 13 iyul , Tsport.az
“Fenerbahçe” 2025-2026 mövsümü üçün heyətini gücləndirməyə davam edir. İstanbul nəhəngi, İngiltərənin “Gent” klubunda çıxış edən sol cinah müdafiəçisi Archie Brown ilə 1 ili opsionlu olmaqla 4 illik müqavilə imzalayıb.
Tsport.az xəbər verir ki, Archie Brown “Fenerbahçe” tarixində 199-cu xarici futbolçu, eyni zamanda klubun 4-cü ingilis oyunçusudur. Daha əvvəl Horace Armitage, Dalian Robert Atkinson və Ryan Kent sarı-lacivərdli formanı geyinmişdilər.
2002-ci ildən sonra anadan olan futbolçular üçün tətbiq edilən +2 qaydasına əsasən, Archie Brown yeni mövsümdə bu üstünlükdən faydalana biləcək. Türkiyə Futbol Federasiyası 12+2 legioner limitini təsdiqləyib.
“Fenerbahçe” prezidenti Ali Koç, Brown transferi ilə rəhbərliyi dövründə 107-ci transferini reallaşdırıb. Keçən mövsüm Sofyan Amrabat ilə “dalya” edən Koç, daha sonra Filip Kostic, Diego Carlos, Anderson Talisca, Ognjen Mimovic və Milan Skriniar kimi ulduzları da heyətə qatmışdı. Bu yay ilk transfer John Duran oldu, ikinci isə Archie Brown.