“Fenerbahçe”“Galatasaray” arasında böyük mübarizə
Bakı, 1 aprel, Tsport.az
Ziraat Türkiyə kuboku çərçivəsində sabah böyük bir derbi olacaq.
Tsport.az xəbər verir ki, “Fenerbahçe” və “Galatasaray” yarımfinala yüksəlmək üçün qarşılaşacaq. Ülker Stadionunda keçiriləcək oyun saat 21:45-də baş tutacaq.
Fenerbahçe, Kasımpaşa, Erzurumspor FK və Gaziantep FK üzərində qazandığı qələbələrlə B qrupunu lider bitirərək bu mərhələyə başlama hüququ qazanıb. Ev sahibi olaraq oynayacaq sarı-mavililər, əzəli rəqibinə qarşı mübarizəni qazanmaq istəyir.
Bu mərhələnin qalibi TÜMOSAN Konyaspor – İskenderunspor qarşılaşmasının qalibi ilə yarımfinalda üz-üzə gələcək.