Fenerbahçeli ulduz üçün Fransadan maraq var!
Bakı, 15 avqust , Tsport.az
Ötən mövsümün qış fasiləsində “Fenerbahçe”nin Aston Villadan heyətinə qatdığı Diego Carlos barədə sensasion iddia ortaya atılıb.
Foot Mercatonun xəbərinə görə, Liqa 1 təmsilçilərindən “Lille” braziliyalı müdafiəçini heyətinə qatmaq istəyir. Xəbərdə fransız klubunun futbolçunu satınalma opsiyası ilə icarəyə götürməyi hədəflədiyi bildirilib. Bundan əlavə, 32 yaşlı müdafiəçinin “Lille”də forma tutmaq istədiyi qeyd olunub.
PERFORMANSI
Ötən mövsümün ikinci yarısında “Fenerbahçe”yə transfer olan Diego Carlos burada zədə səbəbindən cəmi 5 oyuna çıxa bilib. Təcrübəli futbolçu sarı-lacivert rəngli komandada qol töhfəsi verə bilməyib.
Aytac Mustafayeva