Dünya Futbolu

“Fenerbahçe”nin Çempionlar Liqası oyun proqramı müəyyənləşib

Bakı, 25 iyul , Tsport.az

Fenerbahçenin UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Hollandiyanın “Feyenoord” komandası ilə keçirəcəyi oyunların proqramı bəlli olub.

Tsport.az xəbər verir ki, UEFA-nın açıqlamasına görə, İstanbul nəhəngi “Feyenoord” ilə ilk oyununu 6 avqust Çərşənbə günü Bakı vaxtı ilə saat 23:00-da səfərdə oynayacaq.

Cavab qarşılaşması isə 12 avqust Çərşənbə axşamı Bakı vaxtı ilə saat 21:00-da İstanbulda baş tutacaq.