Dünya Futbolu

“Fenerbahçe”nin dəyişməz lideri, Milan Škriniar

Bakı, 10 oktyabr, Tsport.az

“Fenerbahçe”-nin müdafiəçisi Milan Škriniar, bu mövsüm komandanın ən etibarlı oyunçularından biri kimi önə çıxıb.

Tsport.az xəbər verir ki, həm Jose Mourinho, həm də Domenico Tedesco sloveniyalı futbolçuya ən çox güvənən adlar olub.

Škriniar, Fenerbahçe-nin keçirdiyi 14 oyunun hamısına start heyətində çıxıb və 1260 dəqiqə meydanda qalıb. O, müdafiədəki sabit oyunu ilə yanaşı, komandaya hücum quruculuğunda da dəstək verir.

Statistikaya görə, o, hər oyunda orta hesabla 2,5 top qapır, 0,5 pas edir və 4,9 təhlükəni zərərsizləşdirir. Öz yarı sahəsində 98 faiz dəqiq pas, rəqib sahədə isə 83 faiz dəqiq ötürmə ilə oynayıb.

Liqada dörd sarı kart görən təcrübəli müdafiəçi, Fatih Karagümrük qarşısında cəza səbəbindən meydana çıxa bilməyəcək. Onun əvəzində Edson Álvarez və ya Çağlar Söyüncünün oynaması gözlənilir.