“Fenerbahçe”nin futbolçusu infeksiya səbəbilə hospitala yerləşdirilib
Bakı, 19 aprel, Tsport.az
“Fenerbahçe”nin futbolçusu Mert Hakan Yandaş səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib.
Tsport.az xəbər verir ki, klubun rəsmi mətbuat xidməti tərəfindən yayılan məlumata əsasən, 30 yaşlı yarımmüdafiəçinin orqanizmində infeksiya aşkarlanıb və onun hospital şəraitində müalicəsinə başlanılıb.
Hazırda futbolçunun vəziyyəti nəzarət altındadır və klub tibbi heyəti onun durumunu yaxından izləyir.
Qeyd edək ki, Mert Hakan Yandaş bu mövsüm “Fenerbahçe” formasında ümumilikdə 27 oyunda iştirak edib və 1 dəfə fərqlənib.