”Fenerbahçe”nin futbolçusu Yaponiya klubunda
Bakı, 14 mart, Tsport.az
Fenerbahçe, hücumçusu Cenk Tosunun Yaponiya’nın Urawa Red Diamonds klubuna müvəqqəti transferi barədə razılığa gəlib.
Tsport.az xəbər verir ki, bu mövsümdə bütün yarışlarda yalnız 17 matçda iştirak edən Cenk Tosun, ümumilikdə 283 dəqiqə meydanda olub və 2 qol, 1 asistlə komandaya töhfə verib.
Bundan əlavə, 14 iyun – 13 iyul tarixləri arasında FIFA Klub Dünya Çempionatı keçiriləcək və Urawa Red Diamonds da bu çempionatda iştirak edəcək. Cenk Tosunun kiralıq müqaviləsi bu çempionatın bitimində başa çatacaq.