”Fenerbahçe”nin qolkiperi Səudiyyə Ərəbistan klubunun hədəfində
Bakı, 31 mart, Tsport.az
Fenerbahçe (Fənərbaxça)-nın xorvat qapıçısı Dominik Livakovicin gələcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Tsport.az xəbər verir ki, təcrübəli qolkiperin Səudiyyə Ərəbistanı klublarının diqqətində olduğu bildirilir.
Səudiyyə Ərəbistanı Liqası təmsilçilərindən “Al-Qadsiah” 30 yaşlı qapıçı üçün mövsüm sonunda rəsmi təklif etməyə hazırlaşır.
“Fenerbahçe” ilə 2028-ci ilə qədər müqaviləsi olan Livakovic, 2023-cü ildə “Dinamo Zagreb”-dən 6.6 milyon avroya transfer edilib. Onun hazırkı bazar dəyəri 10 milyon avro təşkil edir.
Bu mövsüm 27 oyunda meydana çıxan xorvat qolkiper, 31 qol buraxıb və 9 oyunda qapısını toxunulmaz saxlayıb.