“Fenerbahçe”nin transfer etmək istədiyi Rashford, oynamaq istədiyi komandaya qərar verdi
Bakı, 17 iyul , Tsport.az
“Manchester United”in yeni mövsüm heyətində düşünülməyən ingilis ulduz, karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Tsport.az xəbər verir ki , “Manchester United”in ulduz futbolçusu Marcus Rashfordun adı “Juventus” ilə hallansa da, futbolçunun öncəliyinin “Barcelona” olduğu bildirilib. İtalyan transfer jurnalisti Matteo Morettoya görə, Rashford bu yay “Camp Nou”ya keçmək istəyir və digər bütün variantları arxa planda saxlayır.
“Juventus”, Rashford ilə maraqlansa da, onun “Barcelona” arzusu bu transferin irəliləməsinə mane olur. “Gazzetta” və “Sky Sport Italia”nın məlumatına görə, Turin klubu futbolçu ilə bağlı ilkin məlumat alıb. Lakin Moretto bildirib ki, Rashford “Barcelona”ya keçid üçün bütün imkanları dəyərləndirir və bu ehtimal davam etdiyi müddətcə başqa heç bir kluba isti baxmır.
“Barcelona”nın baş məşqçisi vəzifəsinə gətirilən Hansi Flick-in 27 yaşlı Rashfordu heyətində görmək istədiyi, onun çox yönlü oyun stilindən hücum xəttində faydalanmağı planlaşdırdığı qeyd olunur.
“Juventus” Sanchoya yönəldi;
Rashfordun “Barcelona”nı gözləməsi “Juventus”u başqa variantlara yönəldib. Ağ-qara formalı klub, “Manchester United”dən komanda yoldaşı Jadon Sanchonun transferi üçün danışıqları irəli mərhələyə daşıyıb. Sancho-nun meneceri artıq “Torino”ya gəlib və klubla təmasları davam etdirir.
Marcus Rashford ötən mövsüm “Manchester United” formasında 47 rəsmi oyuna çıxaraq 9 qol və 6 assistlə yadda qalıb. “Barcelona”nın maliyyə vəziyyəti səbəbilə transferin necə nəticələnəcəyi hələlik bilinmir, lakin futbolçunun qərarlılığı diqqət çəkir.
Aytac Mustafayeva