Dünya Futbolu

“Fenerbahçe”nin yeni məşqçisi Serjio Konseysao ola bilər

Bakı, 29 avqust  , Tsport.az

Fenerbahçe”də prezidentliyə namizəd olan Sadettin Saran, komandanın yeni baş məşqçisi üçün düşündüyü adı açıqlayıb.

Tsport.az xəbər verir ki, Saranın sözlərinə görə, “Fenerbahçe“nin yeni məşqçisi vəzifəsinə ən güclü namizəd portuqaliyalı mütəxəssis Serjio Konseysaodur.

Hal-hazırda “Porto”nu çalışdıran Konseysao, “Fenerbahçe”nin rəhbərliyi tərəfindən diqqətlə izlənilir. Sadettin Saranın bu açıqlaması, klubun gələcək mövsüm üçün iddialı planlarının olduğunu göstərir.