“Fenerbahçe”nin Zirvə Yarışında Kritik Xal İtkisi
Bakı, 20 aprel, Tsport.az
Trendyol Süper Liqasının 32-ci turunda “Fenerbahçe”,ilə” Bellona Kayserispor” qarşılaşdı. Ülker Stadionunda baş tutan qarşılaşma 3-3 hesabı ilə başa çatdı.
Tsport.az xəbər verir ki ,Sarı-lacivərtlilərin qollarını 36-cı dəqiqədə Anderson Talisca, 64-cü dəqiqədə Allan Saint-Maximin və 79-cu dəqiqədə penaltidən yenidən Anderson Talisca vurdu. “Bellona Kayserispor”un qollarını isə 7-ci dəqiqədə Ramazan Civelek, 48-ci dəqiqədə Dominik Livaković (avtoqol) və 90+4-cü dəqiqədə Talha Sarıarslan qeydə aldı.
Bu nəticə ilə zirvə yarışında kritik xal itkisi yaşayan “Fenerbahçe”xallarını 72-yə yüksəltdi və lider “Galatasaray”ın 5 xal gerisində qaldı. “Bellona Kayserispor” isə xallarını 37-yə çatdırdı.
Növbəti turda “Fenerbahçe “səfərdə “Gaziantep “FK ilə qarşılaşacaq. “Bellona Kayserispor “isə öz meydanında “Çaykur Rizespor”u qəbul edəcək.
Aytac Mustafayeva