“Fenerbahçe”yə Mert Hakan Yandaşdan sevindirici xəbər
Bakı, 11 oktyabr, Tsport.az
“Fenerbahçe”nin kapitanı Mert Hakan Yandaş zədəsini sağaldaraq komanda ilə birgə məşqlərə başlayıb.
Tsport.az xəbər verir ki, təcrübəli futbolçunun milli fasilədən sonra tam hazır olacağı gözlənilir.
31 yaşlı yarımmüdafiəçi ayağındakı infeksiya səbəbilə uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı. Təxminən bir ay əvvəl fərdi məşqlərə başlayan Yandaş artıq tam bərpa olub və komandaya qoşulub.
Mert Hakan son oyununu ötən mövsüm 28 martda “Bodrum FK”-ya qarşı keçirmişdi. 2020/21 mövsümündən “Fenerbahçe”-də çıxış edən futbolçu bu müddətdə 149 matçda 11 qol vurub, 22 asist edib.