“Ferencváros” – “Qarabağ” oyununun hakimi bəlli oldu
Bakı, 17 avqust, Tsport.az
“Ferencváros” və “Qarabağ”ın qarşılaşacağı vacib oyunun hakimləri məlum olub.
Tsport.az xəbər verir ki, avqustun 19-u Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda Portuqaliyalı hakimlər briqadası ədalət təmsilçisi olacaq. Qarşılaşmanın baş hakimi João Pedro da Silva Pinheiro təyin edilib. Ona yan xətt hakimləri Bruno Miguel Alves Jesus və Luciano Antonio Gomes Maya köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Cláudio Filipe Ruivo Pereira yerinə yetirəcək.
Matçda video köməkçi (VAR) sisteminə də nəzarət edəcək şəxslər müəyyənləşib. Tiago Bruno Lopes Martins VAR hakimi, Fabio Oliveira Melo isə onun köməkçisi olacaq.