Fernando Santos istefaya göndərildi
Bakı, 8 sentyabr, Tsport.az
Azərbaycan futbol üzrə əsas milli komandasının baş məşqçisi Fernando Santos istefaya göndərilib.
Tsport.az xəbər verir ki, Azərbaycan – Ukrayna matçından əvvəl keçirilən mətbuat konfransında AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fernando Santosla yolların ayrıldığını açıqlayıb.
Qeyd edək ki, Fernando Santosun başlığı altında milli komandamız 14 oyunda 2 bərabərlik, 12 məğlubiyyət yaşayıb.