Dünya Futbolu

Ferran Torres İngiltərəyə qayıdır?

Bakı, 22 mart, Tsport.az

“Barcelona”nın hücumçusu Ferran Torres yay transfer pəncərəsində İngiltərəyə qayıda bilər.

Tsport.az xəbər verir ki, Manchester United (Mançester Yunayted), “Liverpool” və “Aston Villa” 25 yaşlı ispaniyalı futbolçu ilə yaxından maraqlanır.

Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik Torresi heyətində saxlamaq istəsə də, rəhbərlik 40 milyon avroluq təklif gəldiyi halda onu satmağa razıdır. Torresin mümkün transferindən əldə edilən gəlirin “Athletik” Bilbaonun ulduzu Nico Williamsın alınmasına sərf olunacağı bildirilir.

Hazırkı mövsümdə Ferran Torres “Barcelona” forması ilə 32 oyuna çıxaraq 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun gələcək taleyi yaxın aylarda bəlli olacaq.