Dünya Futbolu

Ferran Torres Premyer Liqaya qayıda bilər

Bakı, 19 may, Tsport.az

“Barcelona”nın hücumçusu Ferran Torres karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Tsport.az xəbər verir ki, 25 yaşlı ispaniyalı futbolçu ilə “Aston Villa” maraqlanır. Birmingem təmsilçisi İspaniya millisinin üzvü üçün təxminən 50 milyon avro ödəməyə hazırdır.

Ferran Torres 2020–2022-ci illərdə “Manchester City” klubunun heyətində Premier League-də çıxış edib. O, bu mövsüm “Barcelona” ilə 45 matçda iştirak edib, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.