Azərbaycan Futbolu

Fevral ayın ən yaxşı qol atan futbolçuları müəyyənləşib

Bakı, 18 mart, Tsport.az

“Ayın Qolu” layihəsinin qalibləri müəyyənləşib.

Tsport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti bu barədə açıqlama yayıb. Münsiflər heyəti öz qərarlarını verərək Misli Premyer Liqasında, 1-ci Liqada və 2-ci Liqada ən yaxşı qol atan futbolçuları müəyyən edib.

Misli Premyer Liqasının qalibi “Qarabağ”ın futbolçusu Patrick Andrade, 1-ci Liqada MOİK-in nümayəndəsi Ramil Orucuv və 2-ci Liqada “Qusar”ın oyunçusu Eşqin Tağıyev birinci yeri tutdular.

2-ci Liqada keçirilən səsvermə zamanı 3 oyunçunun qolu bərabər xallar toplayıb. Bu səbəbdən yekun qərar, Peşəkar Futbol Liqasının səlahiyyətlərinə daxil olaraq, Eşqin Tağıyevin qolu “Ayın Qolu” olaraq seçilib.