-->
Dünya Futbolu

Fevral ayının ən yaxşı məşqçisi bəlli olub

Bakı, 28 fevral, Tsport.az

İtaliya A Seriyasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Tsport.az xəbər verir ki, “Roma” klubunun baş məşqçisi Claudio Ranieri bu ada layiq görülüb.

İtaliya çempionatının rəsmi mənbələrinə istinadən verilən məlumata görə, 73 yaşlı mütəxəssisin rəhbərliyi altında “Roma” fevral ayında 4 matç keçirib. Komanda yalnız bir oyunda xal itkisi ilə üzləşib – “Napoli” ilə heç-heçə (1:1) edib. Digər görüşlərdə isə “Venezia” (1:0), “Parma” (1:0) və “Monza” (4:0) üzərində inamlı qələbələr qazanıb.

Hazırda “Roma” 26 turdan sonra 40 xal toplayaraq A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Claudio Ranieri 2024-cü ilin noyabr ayından etibarən “Roma”nın baş məşqçisi postunu tutur.