FIFA 2026 Dünya Çempionatının rəsmi topunu təqdim etdi
Bakı, 3 oktyabr, Tsport.az
FIFA, 2026-cı ildə keçiriləcək Dünya Çempionatının rəsmi topunu ictimaiyyətə tanıdıb.
Tsport.az xəbər verir ki, turnir ABŞ, Kanada və Meksikada baş tutacaq.
Yeni dizayn üç əsas rəng üzərində qurulub: qırmızı, mavi və yaşıl. Bu rənglər ev sahibi ölkələri simvolizə edir. Rəsmi topun adı isə “TRIONDA” olaraq açıqlanıb.
2026 Dünya Çempionatı tarixdə ilk dəfə 48 milli komanda ilə təşkil olunacaq. Komandalar 4 iştirakçıdan ibarət olmaqla 12 qrupa bölünəcək. Hər qrupda ilk iki pilləni tutan yığmalar, həmçinin üçüncü yerdə qərarlaşan ən yaxşı 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.