FIFA 2030 Dünya Çempionatında komandaların sayını artırmaq istəyir
Bakı, 6 mart, Tsport.az
FIFA, 2030-cu ildə keçiriləcək dünya çempionatında iştirakçı komandaların sayını 64-ə çatdırmaq ehtimalını nəzərdən keçirir.
Tsport.az xəbər verir ki, “The New York Times”-a istinadən xəbər verir ki, bu addım mundialın 100 illik yubileyi ilə əlaqədar reallaşa bilər.
2030-cu ildə dünya çempionatı 6 ölkədə keçiriləcək. Əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Turnirin ilk üç qarşılaşmasına isə Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada 48 komandanın iştirakı ilə təşkil olunacaq.