Dünya Futbolu

FİFA Malayziya millisinin 7 oyunçusunu cəzalandırıb

Bakı, 27 sentyabr, Tsport.az

FİFA Malayziya yığmasının yeddi futbolçusunu bir illik futboldan uzaqlaşdırıb.

Tsport.az xəbər verir ki, qərara onların milli komanda üçün təqdim etdikləri saxta sənədlər səbəb olub.

Sanksiya tətbiq edilən oyunçular bunlardır: Facundo Garcés (“Alavés”), Gabriel Felipe, Rodrigo Holgado, Imanol Machuca, João Figueiredo, Jon Irázabal və Héctor Alejandro Jevel Serrano. Hamısının Argentina, İspaniya, Braziliya və Niderland mənşəli olduğu bildirilir.

FİFA-nın açıqlamasına görə, Malayziya Futbol Assosiasiyası bu oyunçuların qeydiyyatı üçün saxta sənədlər təqdim edib və Asiya Kubokunun 3-cü təsnifat mərhələsində Vyetnamla keçirilən (4:0) oyunda onların meydana çıxmasına nail olub.

Cəzaya əsasən, futbolçular 12 ay müddətində futbolla bağlı heç bir fəaliyyət göstərə bilməyəcək və hər biri 2 min İsveçrə frankı (təxminən 2,1 min avro) cərimə ödəyəcək. Malayziya Futbol Assosiasiyasına isə 350 min İsveçrə frankı (təxminən 374 min avro) cərimə kəsilib.

Federasiya və oyunçuların qərardan şikayət vermək üçün 10 gün vaxtı var.