FIFA penaltı qaydalarında yeni dəyişikliklər planlaşdırır
Bakı, 29 sentyabr, Tsport.az
Almaniyanın “Bild” nəşrinin məlumatına görə, FIFA penalti epizodları ilə bağlı qaydaları yeniləməyi nəzərdən keçirir.
Tsport.az xəbər verir ki, layihəyə əsasən, zərbə vurulduqdan sonra top qapıdan qaytarılarsa və ya qapıçı müdaxilə edərsə, hücum edən futbolçu həmin epizodda əlavə vuruş edə bilməyəcək. Topun dirək və ya tirdən geri dönməsi vəziyyətinə dair isə hələ dəqiq mexanizm müəyyənləşdirilməyib.
Yeni qaydanın qüvvəyə minməsi üçün əvvəlcə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməsi və sınaq mərhələsindən keçməsi tələb olunur.