FIFA transfer qaydalarına böyük zərbə – Avropa Məhkəməsi qərar verdi
Bakı, 16 oktyabr, Tsport.az
Avropa Ədalət Məhkəməsi FIFA-nın bəzi transfer qaydalarının Avropa İttifaqı hüququna zidd olduğunu açıqlayıb.
Tsoport.az xəbər verir ki, 4 oktyabrda qəbul edilən “Diarra işi” ilə bağlı qərara əsasən, futbolçular müqavilə müddəti başa çatmadan klubdan ayrılmaq istədikdə, yalnız müqavilə müddəti qalan əmək haqqısını ödəməklə sərbəst qala biləcəklər.
Bu qərar yeni klubların əvvəlki kimi cəzalandırılmasının qarşısını alacaq və oyunçulara daha çox hərəkət azadlığı verəcək.
FIFA artıq qərarın nəticələrini idarə etmək üçün “müvəqqəti çərçivə” qaydaları hazırlayır. Yeni sistem ilk dəfə qarşıdakı qış transfer pəncərəsində qüvvəyə minəcək.