Filenin Sultanlarının final üçün heyəti açıqlanıb
Bakı, 20 iyul , Tsport.az
Türkiyə Voleybol Federasiyası Millətlər Liqasının final mərhələsində iştirak edəcək milli komandanın heyətini açıqlayıb.
Tsport.az xəbər verir ki,
A Milli Qadın Voleybol Komandasının Millətlər Liqasının final mərhələsində yarışacaq oyunçular siyahısı bəlli olub.
Türkiyə Voleybol Federasiyasının verdiyi məlumata görə, heyətdə bu voleybolçular yer alıb:
Gizem Örge, Simge Aköz, Aslı Kalaç, Berka Buse Özden, Deniz Uyanık, Zehra Güneş, Cansu Özbay, Dilay Özdemir, Aleksia Karutasu, Melissa Vargas, Ebrar Karakurt, Hande Baladın, Saliha Şahin və Yaprak Erkek.
Filenin Sultanları 24 iyul Cümə axşamı günü 1/4 final mərhələsində Yaponiya ilə qarşılaşacaq. Ay-ulduzlular bu oyunu qazandığı təqdirdə yarımfinalda Braziliya – Almaniya cütünün qalibi ilə üz-üzə gələcək.
Aytac Mustafayeva