Digər

Firdovsi Umudov Qaxda “Kürmük” klubuna baş çəkdi

Bakı, 6 iyun , Tsport.az 

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Qax rayonunda fəaliyyət göstərən “Kürmük” klubunun təlim-məşq mərkəzində olub. Klubun məşqçiləri İlkin ƏfəndiyevRuslan Babaşov mərkəzdəki mövcud şərait barədə ona məlumat veriblər.

Tsport.az xəbər verir ki, 2022-ci ildən fəaliyyət göstərən idman zalında hazırda 40-a yaxın yeniyetmə ağırlıqqaldırma idman növü ilə məşğul olur. Firdovsi Umudov bölgələrdə güclü idmançı potensialının olduğunu vurğulayaraq, bu imkanlardan maksimum yararlanmağın vacibliyini qeyd edib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidentinin yaxın günlərdə digər bölgələrə səfəri də planlaşdırılır.