Florian Wirtz karyerasını “Bayer”də davam etdirəcək
Bakı, 20 may, Tsport.az
Florian Wirtz karyerasını “Bayer”də davam etdirəcək.
Tsport.az xəbər verir ki, Florian Wirtz karyerasını “Bayer 04 Leverkusen”də davam etdirmək qərarına gəlib. 22 yaşlı yarımmüdafiəçi, mövcud təklifləri dəyərləndirməyəcəyini açıqlayıb və gələcəkdə klubunda qalmağı planlaşdırır.
Almaniyalı futbolçu cari mövsümdə 45 oyunda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə verib. Wirtz , “Bayer”in hücum xəttindəki əsas oyunçulardan biri kimi önəmli rol oynamağa davam edəcək.