Formula 1: Sezonun 18-ci yarışı Singapurda keçiriləcək
Bakı, 4 oktyabr, Tsport.az
Formula 1 Dünya Çempionatında mövsümün 18-ci yarışı Singapur Grand Prix ilə davam edəcək.
Tsport.az xəbər verir ki, Marina Bay Street Circuitdə keçiriləcək yarış 62 tur üzərində təşkil olunacaq. Sıralama turları oktyabrın 4-də yerli vaxtla saat 17:00-da , əsas yarış isə oktyabrın 5-də saat 16:00-da start götürəcək.
Bu mövsüm yarışlarda McLaren pilotları Oscar Piastri 7, Lando Norris 5 qələbə qazanıb. Red Bullun son çempionu Max Verstappen 4, Mercedes pilotu George Russell isə 1 dəfə birinci olub.
Pilotlar reytinqində ilk 5:
- Oscar Piastri (Avstraliya) – 324 xal
- Lando Norris (Böyük Britaniya) – 299 xal
- Max Verstappen (Hollandiya) – 255 xal
- George Russell (Böyük Britaniya) – 212 xal
- Charles Leclerc (Monako) – 165 xal
Komandalar reytinqində ilk 5:
- McLaren – 623 xal
- Mercedes – 290 xal
- Ferrari – 286 xal
- Red Bull Racing – 272 xal
- Williams – 101 xal