“Formula 1″in növbəti dayanacağı Meksikadır
“Formula 1” dünya çempionatında həyəcan mövsümün 20-ci yarışı olan Meksika Qran Prisi ilə davam edəcək.
“Tsport.az” xəbər verir ki, paytaxt Mexikodakı 4,3 kilometrlik “Hermanos Rodriguez Circuit”də keçiriləcək 71 dövrəlik yarışın seçmə mərhələsi sabah başlayacaq.
Bu mövsüm F1 yarışlarında McLaren komandasının pilotu Oscar Piastri 7, Lando Norris və hazırkı Red Bull pilotu Maks Verstappen hərəyə 5, Mercedes pilotu Corc Rassel isə 2 qələbə qazanıb.
Meksika Qran Prisi öncəsi ilk 5 sürücü və komandanın vəziyyəti belədir:
Pilotlar
- Oscar Piastri (Avstraliya): 346
- Lando Norris (Böyük Britaniya): 332
- Maks Verstappen (Hollandiya): 306
- Corc Rassel (Böyük Britaniya): 252
- Çarlz Lekler (Monako): 192
KOMANDALAR
- McLaren: 678
- Mercedes: 341
- Ferrari: 334
- Red Bull Racing: 331
- Williams: 111
Leyla Sənani

