Formula 1

Hamilton: “Yağışda maşını sürmək inanılmaz dərəcədə çətin idi”

Bakı, 8 iyul , Tsport.az 

Lewis Hamilton bildirib ki, Britaniya Qran-Prisində yağışlı-hava şəraitində sürdüyü Ferrari, bu cür hava şəraitində sürdüyü ən çətin maşın olub.

Tsport.az xəbər verir ki, Yeddiqat dünya çempionu Silverstounda keçirilən yarışda dördüncü yeri tutdu. Onun qarşısında isə McLaren pilotları Lando Norris və Oscar Piastri, həmçinin Sauber-dən Nico Hulkenberq yer aldı.

Yarış nəm trasda başladı, daha sonra tras bir qədər qurudu, amma sonra güclü yağış yağdı və tras yenidən qurumağa başladı. Yarışda çoxlu hadisələr baş verdi və üç təhlükəsizlik maşını (Safety Car) çıxdı.

Hamilton dedi:

“Maşını sürmək inanılmaz dərəcədə çətin idi. Bu gün çox şey öyrəndim, götürməli çox dərs var. Bu maşınla ikinci dəfədir ki, yağışlı havada sürürəm. Sənə necə çətin olduğunu izah edə bilmərəm. Bu maşın belə hava şəraitini sevmir.”

Mənim üçün əsas məsələ – gələn il üçün bu maşını dizayn edən şəxslərlə oturub danışmaqdır. Çünki bu maşında olan bəzi elementlər növbəti mövsümə keçməməlidir.”

Hamilton bildirib ki, Ferrari qarşıdakı yarışlarda yeni təkmilləşdirmələr (upgradelar) təqdim edəcək. Bu, Avstriya yarışında təqdim olunan yeni döşəmə (floor) təkmilləşdirməsindən sonra olacaq.

40 yaşlı pilot əlavə edib:

Mən ardıcıl balans istəyirəm, aşağı sürətdə dönə bilən maşın, sadəcə olaraq daha stabil bir maşın istəyirəm.”

Aytac Mustafayeva