Lewis Hamilton Formula 1 tarixində yeni rekorda imza atıb
Bakı, 20 oktyabr, Tsport.az
“Ferrari” pilotu, yeddiqat dünya çempionu Lewis Hamilton “Formula 1” tarixində 5000-dən çox xal toplayan ilk sürücü olub.
Tsport.az xəbər verir ki, bu uğurunu o, United States Grand Prix-də (17–19 oktyabr) rəsmiləşdirib.
Hamilton yarışdan sonra xallarının sayını 5004.5-ə çatdırıb və 4-cü yeri tutub.