Azərbaycan FutboluDünya Futbolu

Fransa – Azərbaycan oyununu kim idarə edəcək?

Bakı, 7 oktyabr, Tsport.az

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa – Azərbaycan qarşılaşmasının hakimləri açıqlanıb.

Tsport.az xəbər verir ki, oyunu Norveç Futbol Federasiyasından Rohit Saggi idarə edəcək.

Ona köməkçilər kimi Jørgen Rønning Valstadsve və Ole Andreas Haukasen yardım edəcək. Dördüncü hakim funksiyasını isə Daniel Higraff yerinə yetirəcək.

VAR sisteminə Tom Harald Hagen, AVAR-a isə Sigurd Kringstad təyin olunub.

Qeyd edək ki, Fransa – Azərbaycan oyunu 10 oktyabrda, Bakı vaxtı ilə saat 22:45-də “Parc des Princes” stadionunda keçiriləcək.