Dünya Futbolu

Fransa klubunda yeni baş məşqçi

Bakı, 16 iyun , Tsport.az 

Fransa təmsilçisi “Nantes” komandaya portuqaliyalı mütəxəssis Luis Kastronu baş məşqçi təyin edib. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, 45 yaşlı çalışdırıcı ilə 2+1 illik müqavilə imzalanıb.

Tsport.az xəbər verir ki, Kastro daha əvvəl “Vitória de Guimarães”, “Al-Nassr” və “Panetolikos” komandalarında çalışıb. Qeyd edək ki, “Nant” 2024/25 mövsümünü Liqa 1-də 13-cü pillədə tamamlayıb.