Azərbaycan FutboluDünya Futbolu

Fransa millisində daha bir itki

Bakı, 8 oktyabr, Tsport.az

Fransa millisinin daha bir futbolçusu DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı matç öncəsi son məşqdə iştirak etməyib.

Tsport.az xəbər verir ki, “Liverpool” müdafiəçisi İbrahima Konate yüngül zədə səbəbindən hazırlıq prosesinə qoşulmayıb.

Bundan əvvəl Kylian Mbappénin də məşqdə iştirak etmədiyi bildirilib.

Hazırda hər iki futbolçunun vəziyyəti milli komandanın tibbi heyəti tərəfindən qiymətləndirilir.

Qeyd edək ki, Fransa – Azərbaycan oyunu oktyabrın 10-da, Bakı vaxtı ilə 22:45-də, “Parc des Princes” stadionunda keçiriləcək.