Fransa millisindən Almaniya oyunları öncəsi 26 nəfərlik heyət
Bakı, 16 oktyabr, Tsport.az
Fransa qadın millisinin baş məşqçisi Almaniya ilə keçiriləcək UEFA Millətlər Liqasının yarımfinal mərhələsi üçün 26 nəfərlik heyət açıqlayıb.
Tsport.az xəbər verir ki, baş məşqçi bunun səbəbini belə izah edib:
“İki dəfə Almaniya ilə qarşılaşacağıq. Zədə və ya cəza halları ola bilər. Buna görə də geniş heyət seçdim.”
O, həmçinin Amel Majri və Sandie Toletti-nin milli karyeralarına son qoymasına münasibət bildirib:
“Amel artıq Avropa çempionatından sonra bu qərarı verməyə yaxın idi. Sandie isə özü zəng edib qərarını dedi, bu məni bir qədər təəccübləndirdi.