Dünya Futbolu

Fransalı futbolçu “Real”dan getmək istəmir

Bakı, 18 mart, Tsport.az

Fransa millisi və Real Madrid-in futbolçusu Eduardo Camavinga, Manchester City (Mançester Siti) ilə əlaqədar xəbərlərə son qoyub.

Tsport.az xəbər verir ki, Kamavinqa “şəhərlilər”ə transfer olmağı düşünmür və “Real Madrid”-də qalmağa qərar verib.

Kamavinqa 2021-ci ildən bəri “kral klubu”nda çıxış edir və bu müddət ərzində iki dəfə Çempionlar Liqasının qalibi olub. O, klubunda xoşbəxt olduğunu və karyerasını burada davam etdirməyi planlaşdırdığını qeyd edib.