Fred “Fenerbahçe”dən ayrılır?
Bakı, 17 oktyabr, Tsport.az
“Fenerbahçe”-nin braziliyalı yarımmüdafiəçisi Fred karyerasını vətənində davam etdirə bilər.
Tsport.az xəbər verir ki, 32 yaşlı futbolçunun keçmiş klubu “Internacional” onun transferi ilə maraqlanır.
Braziliya təmsilçisi Fredi qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Təcrübəli futbolçu 2023-cü ildən “Fenerbahçe”də çıxış edir və klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.