Frenkie de Jong-un yayda “Barcelona”-dan ayrılması mümkündür
Bakı, 1 may, Tsport.az
Frenkie de Jongun yay transfer dövründə “Barcelona” ilə yollarını ayırması real görünür.
Tsport.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçinin transferi ilə həm “Arsenal” , həm də “Liverpool” maraqlanır. Kataloniya klubu 26 yaşlı futbolçunu satmaqla 50–70 milyon avro arası gəlir əldə etməyi hədəfləyir.
De Jong-un Camp Noudakı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Onun gələcək qərarı həm şəxsi istəklərindən, həm də “Barcelona”nın hazırkı maliyyə durumundan asılı olacaq.