Futzal Yüksək Liqası: Baku Fire” meydandan qələbə ilə ayrıldı
Bakı, 2 oktyabr, Tsport.az
Futzal Yüksək Liqasənın III turunda günün son qarşılaması baş tutub.
Tsport.az xəbər verir ki, Olimpik starda baş tutan matçda “Baku Fire” və “ U-19” komandaları görüşüb.
Qarşılaşma “Baku Fire”nin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Baku Fire:
Kənan Manafov, 17:44, 26:45
Eldar Zeynalov, 18:16
Azər Manafov, 18:22
Rüfət Məmmədli, 27:15
Novruz Kazıxanov, 38:19
U-19:
Nicat Əzizli, 4:14
Oqtay Mahmudzadə, 33:57
Qeyd edək ki, günü ilk qarşılaşması “Neftçi” “Şuşa” komandaları arasında baş tutub. Görüş “Neftçi”nin 12:2 hesabl qələbəsi ilə başa çatıb.
Növbəti görüşdə “Araz Naxçıvan” “Lənkəran”ı qəbul edib. Ev sahibi “Araz Naxçıvan” bu görüşdən 13:2 hesabla qalib ayrılıb.