Futzal Yüksək liqasında mövsüm başa çatdı
Bakı, 29 may, Tsport.az
Azərbaycan Futzal Yüksək Liqasında 2024/2025 mövsümünə yekun vurulub. Son turda məhsuldar və maraqlı qarşılaşmalar qeydə alınıb. “Şuşa” komandası “Yasamal Bakı” üzərində 10:4 hesablı inamlı qələbə qazanıb. “Araz-Naxçıvan” U-19 komandasını 22:1 hesabı ilə darmadağın edərək üstünlüyünü bir daha göstərib. Günün son oyununda isə “Baku Fire” gərgin keçən matçda “Neftçi” üzərində 2:1 hesablı minimal üstünlüklə qalib gəlib.
Tsport.az xəbər verir ki, mövsümün yekun sıralaması belədir:
- Araz-Naxçıvan – 52 xal
- Baku Fire – 47 xal
- Neftçi – 43 xal
- Şuşa – 24 xal
- U-19 – 12 xal
- Yasamal Bakı – 0 xal
“Araz-Naxçıvan” komandası mövsümün çempionu olaraq kuboka sahib çıxıb. Komanda həm nəticə, həm də oyun keyfiyyəti baxımından üstünlüyünü açıq şəkildə ortaya qoyub.
Mövsümün ən məhsuldar futbolçusu isə Amirhosein Rəsuli olub. O, mövsüm ərzində 54 qola imza ataraq bombardir adını qazanıb və “Araz-Naxçıvan”ın uğurunda böyük pay sahibi olub.