Futzal

Futzal Yüksək Liqasında son vəziyyət

Bakı, 2 mart, Tsport.az

Futzal Yüksək Liqasında artıq XI tur geridə qalıb. Çempionluq yolunda “Baku Fire“, “Araz-Naxçıvan” və “Neftçi İK” mübarizə aparır.

Tsport.az xəbər verir ki, “Baku Fire” – “Araz-Naxçıvan” görüşünündə olduğu bu turdan sonra turnir cədvəlində “Baku Fire” 26 xalla liderdir. Onu 25 xalla “Araz-Naxçıvan” və “Neftçi İK” izləyir. Eyni xala malik olan “Araz-Naxçıvan” və “Neftçi İK” arasında yer fərqini top fərqi yaradır. “Şuşa” 12 xalla 4-cü, “U-19” 9 xalla 5-dir. “Yasamal Bakı” 11 oyunda qələbə qazana bilməyərək, 0 xalla sonuncudur.

Bombardirlikdə “Baku Fire” oyunçusu  İaqo Henrique 33 qolla liderliyi əlində saxlayır. Onu 15 qolla “Araz-Naxçıvan”dan Amirhossein Rasouli və 13 qolla “Neftçi İK”dan Namiq Məmmədkərimov izləyir.

Hazırda Kubok oyunlarına görə fasilə yaranan liqa, 18 martda “Araz-Naxçıvan” – “Yasamal Bakı” matçı ilə davam edəcək.

Bahar Rüstəm

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir