Bu gün Yüksək Liqa, VI tur
Bakı, 23 oktyabr, Tsport.az
Bu gün Yüksək Liqada VI turun oyunları keçiriləcək. Turun mərkəzi oyununda liderin ən yaxın iki izləyicisi qarşılaşacaq. Bu komandaların birinci dövrədəki görüşündə heç-heçə qeydə alınmışdı. FİFA referilərinin idarə edəcəyi matç 15:30-da başlayacaq.
Şuşa – U-19
23 oktyabr. Olimpik Star. Saat 13:30
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Vüsal Balaşov
Hakim-inspektor: Füzuli Nəcəfov
Araz-Naxçıvan – Baku Fire
23 oktyabr. Olimpik Star. Saat 15:30
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Hidayət Feyzullayev
Hakim-inspektor:Elçin Səmədli
Lənkəran – Neftçi İK
23 oktyabr. Olimpik Star. Saat 18:00
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Nihad Bağırov
Hakim-inspektor: Azad Hüseynov