Futzal

Knyaz Əmiraslanov Maltaya gedir

Bakı, 23 oktyabr, Tsport.az

FİFA referisi Knyaz Əmiraslanov təyinat alıb. O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında ədaləti qoruyacaq.

Tsport.az xəbər verir ki, Həmyerlimiz oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznica-Grad 2018” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) – “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim olacaq. K. Əmiraslanov oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” – “Loznica-Grad 2018” qarşılaşmasında isə birinci hakim futnksiyasını yerinə yetirəcək. Qrupun 3-cü turunun oyunlarına təyinatlar hələ açıqlanmayıb.

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.