Gənc cüdoçularımız Nimburqda düşərgədə
Bakı, 8 iyul , Tsport.az
Milli komandamız Çexiyanın Nimburk şəhərində təşkil olunan beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Tsport.az xəbər verir ki, toplanış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutub. Yığmamıza qadınlardan ibarət əsas komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edirlər.
Toplanış 3 gün davam edəcək və gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.