“Gələcək yarışlarda qızıl üçün mübarizə aparacağam”
Bakı, 29 sentyabr, Tsport.az
Bu sözləri Azərbaycanda təşkil olunan III MDB oyunlarında Sambo üzrə gümüş medalçımız Rüstəm Qasımzadə deyib.
Tsport.az xəbər verir ki, Rüstəm 58 kilo dərəsində Rusiyalı rəqibi İsmail Makozhevi məğlub edib. Milli samboçumuz döyüşü belə şərh edib:
“58 kiloqram çəki dərəcəsində 2-ci yeri tutdum. Finalda rusiyalı samboçu ilə gərgin mübarizə apardım. Görüş 2-2 hesabı ilə başa çatdı, lakin əlavə xal hesabına uduzdum. Öz ümidim qızıl medal idi, amma gümüş medal qismət oldu. Gələcək yarışlarda qızıl üçün mübarizə aparacağam.
Düzgünlüyə görə, 4 xaldan azı 2 xal vermək olardı, amma hakim yalnız 1 xal verdi. Həm də vaxt artıq bitmişdi”.
Bahar Rüstəm