Gənc futbolçu vəhşicəsinə döyülərək qətlə yetirilib
Bakı, 4 aprel, Tsport.az
Almaniyanın “Time” klubunun futbolçusu Aleksandr Şvorak Berlində öldürülüb.
Tsport.az xəbər verir ki, 17 yaşlı oyunçu öz dostları tərəfindən vəhşicəsinə döyülərək qətlə yetirilib. Bu barədə onun bibisi məlumat verib.
Ukraynalı futbolçunun hansı səbəbdən döyüldüyü və hadisənin necə baş verdiyi haqda məlumat verilməyib. Məsələ ilə bağlı araşdırma aparılır.