”Galatasaray” “Athletic”ə cəlbedici təklif hazırlayır
Bakı, 22 mart, Tsport.az
“Galatasaray” heyətini gücləndirmək üçün yeni transfer planını işə salıb.
Tsport.az xəbər verir ki, İstanbul təmsilçisi, “Athletic” (Bilbao) klubunun qanalı hücumçusu Iñaki Williamsı transfer etmək üçün hərəkətə keçib.
Klub rəhbərliyi həm futbolçuya, həm də onun komandası “Athletic” ə cəlbedici təklif hazırlayır.
Transferin yayda reallaşması gözlənilir.