Dünya Futbolu

“Galatasaray”, Bernardo Silva transferi üçün danışıqlara başladı

Bakı, 13 iyun , Tsport.az 

Trendyol Süper Liqada ardıcıl üçüncü çempionluğunu qazanan “Galatasaray“, transfer çalışmalarına sürətlə davam edir. Sarı-qırmızılılar, “Bayern Münich“dən Leroy Saneni heyətinə qatdıqdan sonra indi də “Manchester City“nin ulduzu Bernardo Silva üçün hərəkətə keçib.

Tsport.az xəbər verir ki, portuqaliyalı futbolçunun “Galatasaray”a keçidə müsbət yanaşdığı bildirilir. Klub, “City” ilə bonservis danışıqlarını davam etdirir və Silva ilə ilkin görüşlərin müsbət keçdiyi qeyd olunur.

Silvanın “Manchester City” ilə daha bir illik müqaviləsi var, lakin İngiltərə klubu onun transferində “Galatasaray”a güzəşt edə bilər.